"Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskləri artır" - Zaxarova
NATO-nun Ukraynaya tədarük etdiyi döyüş təyyarələri Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfi olacaq.
Redaktor.az "İz.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“Rusiya silahlı qüvvələri üçün Ukrayna Silahlı Qüvvələrinin tərəfində münaqişədə iştirak edən qüvvələr, haradan uçmasından asılı olmayaraq, qanuni məhv hədəfi olacaq”, - o deyib.
Zaxarova qeyd edib ki, Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskləri artır.
NƏRGİZ