"Kiyev münaqişənin diplomatik yolla həllinə razılaşmır"

 13:53 06.12.2023     254

Qərb və Ukrayna münaqişənin həlli üçün siyasi və diplomatik vasitələrdən imtina etdiyi üçün Donbasın qorunması üzrə xüsusi əməliyyat davam edir.

Redaktor.az "İz.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim üçün əsas odur ki, qarşımızda duran məqsədlərə nail olaq və təbii ki, bu məqsədlərə siyasi və diplomatik yollarla nail olmaq daha məqsədəuyğundur. Lakin Qərb və ukraynalılar bu üsulları rədd etdikdə, döyüş davam edir”.

Noyabrın 27-də Ukrayna ədliyyə nazirinin müavini İrina Mudra bildirib ki, Kiyev təzminat olmadan Moskva ilə sülh sazişinə razı olmayacaq. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov “İzvestiya”ya deyib ki, əgər razılaşmada təzminatların ödənilməsi şərtdirsə, o zaman Rusiya Federasiyası üçün danışıqlar prosesi başlaya bilməz.

NƏRGİZ