"Google" Rusiyada CƏRİMƏLƏNDİ
Moskva Məhkəməsi "Google"u Rusiyada qadağan olunmuş məlumatların dərcinə görə 800 min rubl cərimələyib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 13.50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqda təqsirli bilinib.
O, "narkotik istehsalı, intihar üsulları və ya yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərini ehtiva edən materiallar haqqında məlumatların əldə edilməsini məhdudlaşdırmaq üçün monitorinq vəzifələrini yerinə yetirməməkdə" ittiham edilib.
Yusif EYVAZLI