G7 liderləri Ukraynaya enerji yardımı GÖSTƏRƏCƏK
Yeddilik Qrupu (G7) ölkələrinin liderləri Ukraynaya enerji yardımı göstərmək üçün səyləri artırdıqlarını bildiriblər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə G7 liderlərinin virtual görüşünün yekunları üzrə yayılan birgə bəyanatda deyilir.
"Biz Ukraynaya humanitar yardım və kritik enerji yardımı göstərmək üçün səylərimizi artırırıq. Biz Rusiyanın bütün Ukrayna ərazisində kritik və mülki infrastruktura hücumlarını qətiyyətlə pisləyirik", - sənəddə deyilir.
Bu görüşə Ukrayna Prezidenti Vladimir Zelenski dəvət olunub.
Yusif EYVAZLI