Zəlzələ bu ölkədə də hiss olundu
Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.
Redaktor.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
“Qazaxıstan ərazisində - Aktauda (Xəzəryanı Manqistau rayonunun inzibati mərkəzi) 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub”, - qeyd ediblər.
Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Qazaxıstanın paytaxtı Almatıdan 2289 km məsafədə, 35 km dərinlikdə yerləşib.