Qəzzada həkimlər yaralıları müalicə edə bilmir
Qəzza zolağının şimalındakı Cəbəliyədəki "Kamal Avdan" xəstəxanası qaçqınlarla doludur, lakin həkimlər dərman çatışmazlığı səbəbindən yaralıları müalicə edə bilmirlər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Bu barədə Əl-Cəzirə"Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, tibb müəssisəsinin işçiləri həddən artıq yüklənib və yaralılara yardım göstərə bilmirlər. İsrail hərbçiləri xəstəxanaya gələn elektrik və suyu kəsiblər.
Daha əvvəl bildirilmişdi ki, "Kamal Avdan" xəstəxanası Qəzza zolağının şimalında xəstələr və yaralıları qəbul edən yeganə xəstəxana olaraq qalır.
Humay İSGƏNDƏRLİ