Baydenin müşaviri konqresə səsləndi
"ABŞ Konqresi Kiyevə yardımı dəstəkləməlidir".
Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Bundan əvvəl ABŞ administrasiyası Ukraynanın hərbi sənaye kompleksinə (MİK) yeni yardım göstərmək qərarına gəlib.
O cümlədən, ABŞ öz müşavirini Ukraynanın Strateji Sənaye Nazirliyinə göndərəcək.
Həmidə İBRAHİMLİ