Rusiyada prezident seçkilərinin tarixi açıqlandı
Rusiyada prezident seçkiləri martın 17-si keçiriləcək.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurası müvafiq qərar verib.
Xatırladaq ki, Rusiyanın hazırkı Prezidenti Vladimir Putin 2012-ci ildən bu vəzifəni icra edir.