Məktəbdəki atışma barədə şahidlər DANIŞDI

 11:57 07.12.2023     221

Bryanskdakı 5 saylı gimnaziyada baş verən atışmanın şahidi olan şagirdlər hadisənin təfərrüatlarını danışıblar.

Redaktor.az bu barədə "İz.ru"ya istinadən xəbər verir.

Tələbələrdən birinin dediyinə görə, atışma ilə bağlı məlumat daxil olduqdan sonra müəllim qapını bağlayıb və tələbələrə sakit oturmağı tapşırıb.

“Oturub pəncərələrə baxdıq, orada təcili yardım maşını var idi. Təxminən saat 10 radələrində bizə dedilər ki, məktəbi tərk edin. Hamı soyunub-geyinmə otaqlarına getdi, sonra yan qapılardan çıxdıq”.

Söhbət tələbələrdən birinin açdığı, nəticədə 4 nəfərin yaralandığı, 2 nəfərin öldüyü atışmadan gedir. İlkin məlumatlara görə, səkkizinci sinif şagirdi atasının silahından istifadə edərək atəş açıb.

Araşdırma davam edir.

NƏRGİZ