Rusiya ABŞ-ı hədələdi
Birləşmiş Ştatlar Ukraynada “ikinci Vyetnam”la üzləşə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin “Razvedçik” jurnalı üçün yazdığı məqalədə xəbərdarlıq edib .
Onun sözlərinə görə, Amerika administrasiyası Vaşinqtonda ağıllı bir adam hakimiyyətə gələnə qədər bu cür hadisələrin nəticələri ilə üzləşməli olacaq .
Narışkin qeyd edib ki, “Kiyev xuntasına əlavə dəstək” Qərbin beynəlxalq nüfuzunun aşağı düşməsini sürətləndirmək təhlükəsi yaradır. Eyni zamanda, o qeyd edib ki, Ukraynanın özü maddi və insan resurslarını udmuş “qara dəliyə” çevrilə bilər.
O, həmçinin bildirib ki, Qərb siyasətçiləri Rusiyaya qalib gəlmək mümkün olmadığına görə, Ukraynadakı münaqişəni uzatmağa və onu “ikinci Əfqanıstana” çevirməyə çalışacaqlar.