BMT-nin Qəzzada ölən əməkdaşlarının sayı 132-yə çatdı

 15:42 07.12.2023     242

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında ölən əməkdaşlarının sayı 132 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

“Oktyabrın 7-dən indiyədək UNRWA-nın ümumilikdə 132 əməkdaşı öldürülüb”, - agentliyin hesabatında deyilir.

Hesabatda həmçinin bildirilir ki, 1 milyondan çox məcburi köçkün UNRWA-nın Xan Yunis və Rəfah rayonlarındakı 98 obyektinə sığınıb.