"Reuters" İsraildən jurnalistin ölümü ilə bağlı izahat TƏLƏB EDİR
"Reuters" Təl-Əvivdən jurnalisti, 37 yaşlı İssam Abdullahın oktyabrın 13-də Livanda ölümü ilə bağlı izahat verməsini tələb edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, agentliyin öz araşdırmasına görə, o, İsrail tank heyətinin açdığı iki atəş nəticəsində həlak olub və qaynar nöqtədə xəbər verən 6 həmkarı da yaralanıb.
Müstəntiqlər bu qənaətə 30-dan çox dövlət və təhlükəsizlik rəsmisi, hərbi və məhkəmə-tibb ekspertləri, vəkillər, həkimlər və şahidlərlə müsahibə etdikdən sonra gəliblər.
Onlar həmçinin səkkiz media orqanında ərazidən çəkilmiş video görüntüləri, hücumdan əvvəl və sonra yüzlərlə fotoşəkilləri, o cümlədən yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərini nəzərdən keçiriblər.
"Reuters" agentliyinin baş redaktoru Alessandra Galloni daha əvvəl İsraili hərtərəfli araşdırma aparmağa və baş verənləri izah etməyə və Abdullahın ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırmışdı.
NƏRGİZ