İsrail Qəzzada jurnalistləri qəsdən hədəf alıb?
"AFP" öz araşdırmasının nəticələrinə əsaslanaraq, oktyabrın 13-də Livanın cənubunda "Reuters" agentliyinin jurnalisti İssam Abdullahın ölümünün səbəbinin İsrail tankından açılan atəş olduğunu iddia edir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, "AFP" media materiallarını təhlil edərək onları jurnalistlərin, yerli sakinlərin ifadələri ilə müqayisə edib, həmçinin silah ekspertləri ilə məsləhətləşib.
Yeddi həftə davam edən araşdırmadan sonra agentlik Abdullahın bölgədə yalnız İsrail ordusunun istifadə etdiyi 120 mm-lik tank mərmisi ilə öldürüldüyü qənaətinə gəlib.
Bundan əlavə, bu atəşlər nəticəsində "Reuters"in digər müxbirləri, o cümlədən birinin ayağı amputasiya edilməli olan "AFP"nin və İsrail ordusu ilə silahlı qruplar arasında baş verən toqquşmaları işıqlandıran "Əl-Cəzirə" telekanalının jurnalistləri yaralanıb.
Agentlik bildirib ki, zərbələr bir-birinin ardınca 37 saniyə ərzində həyata keçirilib, bu onların hədəfə alındığını və İsrailin texnikası ilə jurnalistlərin aydın şəkildə tanındığını göstərir. Agentlik hesab edir ki, zərbələr çox güman ki, müxbirlərin yerləşdiyi cənub-şərqdən endirilib.
NƏRGİZ