Norveç ukraynalı qaçqınların axınını məhdudlaşdırmaq İSTƏYİR

 21:56 07.12.2023     240

Norveç hökuməti ukraynalı qaçqınların krallığa axınını məhdudlaşdırmaq və onu daha idarəolunan etmək istəyir.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu niyyətə səbəb Norveçə gələn ukraynalıların sayının ciddi şəkildə artması, eləcə də krallıqda qaçqınlara verilən şərtlərin qonşu ölkələrlə müqayisədə çox səxavətli olub-olmaması ilə bağlı sualların yaranması olub. 

2022-ci ilin fevralından 2023-cü ilin oktyabrına qədər Ukraynadan olan 65,5 min qaçqın Norveçdən sığınacaq üçün müraciət edib. Onlardan təxminən 29 mini yetkin qadınlar, 20 mini isə uşaqlar olub. Qonşu İsveçdə isə ukraynalı qaçqınların sayı 50 min nəfər olub. 

Yusif EYVAZLI