Slovakiyada qar fırtınası 9 mindən çox evi işıqsız qoydu
Slovakiyanın mərkəzində qar fırtınası 9 mindən çox ev təsərrüfatını işıqsız qoyub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "TA-3" telekanalı məlumat yayıb.
Qəzalar səbəbindən 300-dən çox transformator yarımstansiyası vasitəsilə elektrik enerjisinin verilişi dayandırılıb. Ən çətin vəziyyət "Banska Bystrica" bölgəsində müşahidə olunur.
Slovakiyanın mərkəzində qar fırtınası güclənir. Elektrik şəbəkəsində qəzaların sayı arta bilər. Polis bölgədə yol qəzalarının sayının artdığını bildirir. Sürücülərə səyahətdən çəkinmələri tövsiyə olunur.
Yusif EYVAZLI