Litvanın hazırkı prezidenti ikinci müddətə seçilmək niyyətindədir
Litva Prezidenti Gitanas Nauseda qarşıdan gələn 2024-cü il seçkilərində yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə yerli KİV yazıb.
“Mən qərarlıyam və başladığım işi davam etdirməyə hazıram. 2024-cü ilin mayında Litva Respublikasında keçiriləcək prezident seçkilərində iştirak edəcəyəm və ümid edirəm ki, Litva xalqı mənə 2019-cu ilədki kimi güclü etimad mandatı verəcək”, - o, mətbuat konfransında deyib.
G.Nauseda 2019-cu ildə ikinci turda hazırkı Baş nazir İnqrida Simoniteni məğlub edərək prezident seçilib.
Litvada növbəti prezident seçkiləri gələn ilin may ayında keçiriləcək (report).