Baydenin oğlu vergidən yayınmaqda ittiham olunur
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə qarşı vergidən yayınmağa görə doqquz ittiham irəli sürülüb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniyanın Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə bildirilib.
Sənəddə deyilir: "Hunter Bayden 2016-2019-cu illər arasında ödəməli olduğu federal vergilərdən ən azı 1,4 milyon ABŞ dollarını gecikdirməklə ödəmək üçün dörd illik bir sxemlə məşğul olub".
ABŞ prezidentinin oğlu saxta vergi bəyannamələri verməkdə ittiham olunur. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.