"Putini indi dayandırmasaq, o, daha çox şey üçün geri qayıdacaq"
Qərb ölkələri Ukraynaya yardımı davam etdirməlidir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın mövqeyini daha da gücləndirə bilməsin.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron dekabrın 7-də Britaniyanın "Sky News" telekanalına müsahibəsində bildirib.
“Avropa təhlükəsizliyinə təhdid həm də Amerikanın təhlükəsizliyinə təhdiddir. Biz Putini tanıyırıq, əgər biz onu indi dayandırmasaq, o, daha çox şey üçün geri qayıdacaq”, - deyə o vurğulayıb.
Kemeronun qeyd etdiyi kimi, ABŞ konqresi yaxın vaxtlarda Ukraynaya yeni yardım paketi ilə bağlı razılığa gələ bilməsə, bu, Rusiya üçün əhəmiyyətli üstünlük olacaq.
NƏRGİZ