ABŞ Rusiyadan uran alışını üç dəfə artırdı
ABŞ Rusiyadan uran alışını üç dəfə artırıb.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, 2023-cü ilin oktyabrında ABŞ Rusiyadan uran alışını üç dəfə artıraraq 43,25 tona çatdırıb.
Ümumilikdə Birləşmiş Ştatlar uran alışına 62,8 milyon dollar xərcləyib ki, bu da 2023-cü ilin iyun ayından bəri ən böyük Amerika alışı olub.
Rusiya Birləşmiş Ştatlara uran tədarükündə ikinci olub. Böyük Britaniya birinci yerdədir. O, Birləşmiş Ştatlara 98,3 ton uranı 177,4 milyon dollara satıb, baxmayaraq ki, əvvəlki ay heç bir tədarük olmayıb.
Həmidə İBRAHİMLİ