"Bayden Kiyevə yardıma görə respublikaçılara güzəştə getməyə hazırdır" - KİV
ABŞ prezidenti Co Bayden administrasiyası Ukrayna və İsrailə yardımın Konqresin təsdiqini təmin etmək üçün bir sıra miqrasiya məsələlərində respublikaçılara güzəştə getməyə hazırdır.
Redaktor.az xəbər verir ki, "Reuters" bu barədə öz mənbəsinə istinadən məlumat yayıb.
"Ağ Ev və ABŞ Konqresi ABŞ-Meksika sərhədindən qanunsuz immiqrasiyanın qarşısını almaqla yanaşı, iki müttəfiq ölkəyə hərbi yardım göstərəcək razılaşma əldə etməyə tələsir".
"Reuters" xatırladıb ki, respublikaçı senatorlar ABŞ sərhədini qanunsuz keçməyə çalışan miqrantların sayını azaltmaq üçün əlavə tədbirlər görmədən Ukraynaya maliyyə yardımını təsdiqləməkdən imtina ediblər. Öz növbəsində Bayden, Konqresin Kiyevə kömək etmək üçün lazım olan razılığını təmin etmək naminə Respublikaçılar Partiyasına əhəmiyyətli güzəştlərə getməyə hazırdır.
NƏRGİZ