"HƏMAS girov qadınları azad etməyə razılaşarsa, vəziyyət yaxşılaşa bilər" - “Politico”

 10:49 08.12.2023     212

ABŞ prezidenti Co Baydenin administrasiyası 2024-cü il yanvarın 1-dək qalan girovların azad edilməsi üçün İsrail və Fələstinin HƏMAS hərəkatı arasında razılığa gəlməyə ümid edir.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti adı çəkilməyən rəsmilərə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Vaşinqton administrasiyası Qəzza zolağında atəşkəsin pozulmasına baxmayaraq, qalan HƏMAS girovlarının azad edilməsinə və İsrailin anklavın cənubuna hücuma başlamazdan əvvəl humanitar fasilənin uzadılmasına nail olmağı planlaşdırırdı. Bayden administrasiyası 2024-cü il yanvarın 1-dən əvvəl razılaşma əldə edə biləcəyinə ümid edir. ABŞ rəsmiləri bildiriblər ki, danışıqlar davam edir və HƏMAS girov qadınları azad etməyə razılaşarsa, vəziyyət yaxşılaşa bilər.

NƏRGİZ