388 yaralı Qəzzanı tərk etdi
Ən azı 388 yaralı Qəzza zolağından Misirlə sərhəddəki Rəfah keçid məntəqəsini tərk edə bilib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Qabaş məlumat verib.
“Rəfah keçid məntəqəsini açmaq və səhra xəstəxanalarını gətirmək lazımdır". Əl-Qabaş əlavə edib ki, çox sayda yaralı var. Onun sözlərinə görə, fələstinlilərin xaricdə müalicə almasına icazə verilmir, bu ayıbdır.
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru, xüsusi sığınacaqlarda məcburi köçkünlərin yoluxucu xəstəliklərdən və epidemiyalardan əziyyət çəkdiyini, əlavə olaraq infeksiyaların içməli su vasitəsilə də keçdiyini söyləyib.
NƏRGİZ