"Çin BMT baş katibinin səylərini dəstəkləyir" - Vanq Venbin

 13:03 08.12.2023     331

Pekin Yaxın Şərq regionunda atəşkəsin yaradılmasında BMT-nin baş katibi Antonio Quterreşin vasitəçiliyini alqışlayır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

"İsrail-Fələstin münaqişəsinin hazırkı raundu ciddi humanitar fəlakətə gətirib çıxarıb. Baş katib Quterreşin çağırışı beynəlxalq ictimaiyyətin Qəzzadakı ciddi vəziyyətlə bağlı güclü narahatlığını əks etdirir", - Vanq Venbin deyib.

"Çin BMT-nin baş katibinin vasitəçilik səylərini dəstəkləyir”.

Onun sözlərinə görə, Pekin bütün aidiyyəti tərəflərlə koordinasiyanı gücləndirməyə və Yaxın Şərqdə gərginliyin azaldılması üçün konstruktiv rol oynamağa davam edəcək.

NƏRGİZ

Vumart və Güvən reklamı Vumart Güvən