Ərdoğan Yunanıstan Baş nazirini Türkiyəyə səfərə dəvət etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi Ankaraya səfərə dəvət edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə Yunanıstandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı bildirib ki, səfər çərçivəsində imzalanan Afina Bəyannaməsi ikitərəfli əlaqələrin inkişafı üçün hər iki ölkənin iradəsinin təzahürüdür: “İki ölkə üçüncü tərəflərn müdaxiləsinə ehtiyac olmadan problemlərini dialoqla həll edə biləcək təcrübə və iradəyə sahibdir. Ən yüksək səviyyədə dialoqun davam etməsi önəmlidir”.
R.T.Ərdoğan Afinaya səfərinin səmərəli keçdiyini söyləyib: “Türkiyə-Yunanıstan əlaqələrində yeni səhifənin açılacağına inanıram. Müzakirələrimizin və qəbul etdiyimiz qərarların xeyirli olmasını arzulayıram”.
Qeyd edək ki, R.T.Ərdoğan dekabrın 7-də Yunanıstanda səfərdə olub. O, Baş nazir Kiriakos Miçotakislə görüşüb. Liderlər səfər çərçivəsində Afina Bəyannaməsini imzalayıblar.