"İsrailə müqavimət Fələstinin qanuni haqqıdır"
HƏMAS hərəkatı hesab edir ki, Qəzza zolağında İsrail qüvvələri ilə silahlı qarşıdurma Fələstin xalqının özünümüdafiə və torpaqlarını müdafiə etmək üçün qanuni hüququdur.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə radikal təşkilatın 1987-ci il Fələstin qiyamının ildönümü münasibətilə yaydığı xüsusi bəyanatda deyilir.
Bəyanatda deyilir: “Qəzzada İsrail ordusuna müqavimət Fələstin xalqının özünü, torpaqlarını və müqəddəs yerlərini müdafiə etmək üçün qanuni haqqıdır və Fələstinin İsrail işğalına qarşı qiyamının davamıdır. Hazırda sektorda gedən silahlı toqquşmalar İsrailin təcavüzünə qarşı durmaq və onun Fələstin torpaqlarının yəhudiləşdirilməsi və məskunlaşdırılması planlarını pozmaq məqsədi daşıyır".
NƏRGİZ