Rusiya Qəzzada atəşkəsə ÇAĞIRIR
Ölkə Qəzza zolağında atəşkəs çağırışına qoşulur.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT- dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası sektorun əhalisini cənuba köçməyə məcbur etmək cəhdlərini qəbul etmir.
“Biz daimi atəşkəs və münaqişənin əsas səbəblərini aradan qaldırmaq çağırışlarına qoşuluruq. Qəzza zolağında humanitar fəlakətin qarşısını almağa çağırırıq”, - deyə o bildirib.
Polyanski əlavə edib ki, Rusiya mülki əhalinin tələfatına səbəb ola biləcək istənilən hərəkəti qəti şəkildə pisləyir.
Yusif EYVAZLI