Qırğızıstan bayrağının dəyişdirilməsinə qarşı mitinq keçirildi

 15:12 09.12.2023     199

Bişkekdə Qırğızıstanın dövlət bayrağının dəyişdirilməsinə qarşı mitinq keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Aksiya iştirakçıları Joqorku Keneş (Qırğızıstanın parlamenti) deputatlarının birinci oxunuşda qəbul etdiyi qanun layihəsinin rədd edilməsini tələb ediblər.

Bundan əvvəl JK sədri Nurlan Şakiyev və deputat Ulan Primov bayraqdakı günəş şüalarının formasının dalğalıdan düzə dəyişdirilməsini təklif edən qanun layihəsi hazırlayıblar.

Təşəbbüsü ölkə prezidenti Sadır Japarov da dəstəkləyib. O, vurğulayıb ki, deputatlar bayraq konsepsiyasına dəyişiklik təklif etmirlər, onlar yalnız bayrağın ortasındakı günəşin günəbaxana bənzəməməsi üçün günəş şüalarının formasının dəyişdirilməsini təklif ediblər.