Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı

 19:12 09.12.2023     290

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarını BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoyma qərarına görə kəskin tənqid edib.

Redaktor.az-ın verdiyi xəbərə görə, o, İstanbulda İnsan Hüquqları Gününə həsr olunmuş forumda çıxışı zamanı BMT-də islahatlara ehtiyac olduğunu bildirib.

“Təəssüf ki, BMT Təhlükəsizlik Şurası bir daimi üzvə - ABŞ-a görə atəşkəs qətnaməsini rədd etdi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil. BMT-də mütləq şəkildə islahatlar aparılmalıdır”, - o vurğulayıb. .

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək BƏƏ-nin hazırladığı və münaqişə zonasında dərhal atəşkəs tələbini özündə əks etdirən humanitar qətnamə layihəsini bloklayıb.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü səs verib, Böyük Britaniya isə bitərəf qalıb.