Polşa Seymi sabah yeni baş naziri seçəcək

 21:15 10.12.2023     226

Dekabrın 11-də Polşa Seymi hökumətə etimad haqqında səsvermə keçirəcək və ölkənin yeni baş nazirini seçəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Televiziyası məlumat yayıb.

Sabah Polşanın baş naziri Mateuş Moravetski hesabatla çıxış edəcək, bundan sonra onun hökumətinə etimad səsverməsi keçiriləcək. Seym onun təsdiqinin əleyhinə səs verərsə, hökumət istefaya göndəriləcək və Donald Tusk yeni baş nazir olacaq.

Qeyd olunur ki, indi ən çox ehtimal olunan ssenari Moravetski hökumətinin etimad səsi almaması və istefa verməsidir.