ABŞ Qəzzada atəşkəsə qarşıdır - Blinken
Amerika Birləşmiş Ştatları Qəzzada atəşkəsə qarşıdır və hesab edir ki, HƏMAS-ı məğlub etmədən bu, problemi yalnız “əbədiləşdirəcək”.
Redaktor.az xəbər verir ki, bunu dekabrın 10-da ABŞ-ın dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsində deyib.
“İndi atəşkəsdən söhbət gedəndə, HƏMAS hələ sağ olduğu, hələ də qadir olduğu və 7 oktyabr hücumlarını təkrarlamaq niyyətini bəyan etdiyi zaman bu, sadəcə olaraq problemi uzunmüddətli etdirəcək”, - Blinken bildirib (apa).