Bayden yaxın günlərdə Ərdoğana zəng edəcək
ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli məsələləri müzakirə etmək üçün yaxın günlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng vura bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.
Qəzet xatırladır ki, Ərdoğan dəfələrlə qeyd edib ki, indiki vəziyyətdə Baydenin özünə zəng etməyəcək, lakin ona zəng edərsə, onunla mövcud məsələləri müzakirə etməyə hazırdır.
Humay İSGƏNDƏRLİ