Sibirdə şaxta səbəbindən şəhərlərarası avtobus reysləri ləğv edildi
Sibirin bəzi yerlərində havanın temperaturunun -50 dərəcəyə qədər düşdüyü rayonlarında müşahidə edilən anomal şaxtalar qazanxanalarda problemlərə və şəhərlərarası avtobus marşrutlarının ləğvinə səbəb olub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə bələdiyyə orqanları məlumat yayıb.
Anomal soyuq hava həm də bir sıra məktəblərin distant təhsilə keçməsinə səbəb olub.
Humay İSGƏNDƏRLİ