Ukrayna Dnepr çayının sol sahilində uğur qazanır

 10:21 11.12.2023     198

“Dnepr çayının sol sahilində Ukrayna Silahlı Qüvvələri quru əməliyyatlarını davam etdirir, öz mövqelərini saxlayır”.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Eyni zamanda, Ukrayna Baş Qərargahı Silahlı Qüvvələrin Dnepr çayının şərq sahilində mövqelər tutması və həmin ərazidə Rusiyanın mövqelərinə zərbələr endirməsi barədə məlumat yayılıb.

Rusiya hərbçiləri isə döyüşlərin Krınki kəndi yaxınlığında (Xersondan 30 km şimal-şərqdə) davam etdiyini bildirib və Ukraynanın bu ərazidə yüksək templə əməliyyatlar həyata keçirdiyini qeyd edib.

Həmidə İBRAHİMLİ