Rusiya iqtisadiyyatının “İran” gələcəyi
Rusiya İran kimi staqflyasiya ilə üzləşə bilər.
Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, orta müddətli perspektivdə Rusiya iqtisadiyyatı irimiqyaslı beynəlxalq sanksiyaların təzyiqi altında qalmaqda davam edən İranla eyni formada risklərlə üzləşə bilər.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun analitikləri əsas zəifliklər arasında staqflyasiya təhlükəsi, fiskal stimulun “tələləri” və “müqavimət iqtisadiyyatı”nın mənfi nəticələrini qeyd ediblər.
Ekspertlər Rusiya iqtisadiyyatı üçün yüksək inflyasiya ilə birlikdə mənfi trayektoriyaya malik durğunluq tendensiyasının davam edəcəyini proqnozlaşdırırlar.
Humay İSGƏNDƏRLİ