ABŞ-ın İsraildəki keçmiş səfiri Netanyahunu istefaya çağırdı
ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İndik İsrailin baş naziri Benyamin Netanyahunu tutduğu vəzifədən istefa verməyə çağırıb.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İndik "X" sosial media platformasında verdiyi açıqlamada Netanyahunun artıq istefa verməli olduğunu bildirib.
Netanyahunun nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəyinin İsrail üçün açıq bir təhlükə olduğunu qeyd edən İndik: "Mən Netanyahunun ABŞ-İsrail münasibətləri üçün nə qədər böyük təhlükə olduğunu uzun illərdir şəxsən görmüşəm",- deyib.
Humay İSGƏNDƏRLİ