Rusiya hərbi gəmiləri Filippinə getdi

 11:08 11.12.2023     202

Rusiya Sakit Okean Donanmasının iri sualtı qayıq əleyhinə gəmilərdən (BOD) ibarət dəstəsi işgüzar çağırışla Manila limanına gəlib.

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Filippindəki səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, Filippin silahlı qüvvələrinin üzvləri, parlamentin və respublikanın Xarici İşlər Nazirliyinin nümayəndələri görməli yerləri gəzərək Rusiya gəmilərinə baş çəkəcəklər. 

Həmidə İBRAHİMLİ