İrəvanın mərkəzində AKSİYA

 11:22 11.12.2023     250

Ermənistanın Ararat vilayətindən olan balıqçılıq təsərrüfatlarının nümayəndələri İrəvanın mərkəzində aksiya keçirirlər.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Onlar Ətraf Mühit Nazirliyindən təsərrüfatları yalnız qənaətcil su dövriyyəsi sistemləri ilə işləməyə məcbur edən Su Məcəlləsinə dəyişiklikləri təxirə salmağı tələb edirlər.

"Bizə söz vermişdilər ki, yeraltı quyuların suyundan istifadə qaydasını hazırlamaq üçün işçi qrupuna daxil ediləcəyik. Amma 15 gün keçdi və heç kim bizimlə əlaqə saxlamadı. Üstəlik, nazir nümayəndəmizi qəbul etməkdən imtina edib", - aksiyaçılardan biri söyləyib.