"Qəzza münaqişəsinə kənar müdaxilə onu daha da kəskinləşdirəcək"

 12:52 11.12.2023     234

Qətər hakimiyyəti Dohanın vasitəçilik səylərini və ümumilikdə münaqişənin həllini çətinləşdirməmək üçün xarici qüvvələri Qəzza zolağında vəziyyəti gərginləşdirməməyə çağırıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd əl-Xuleyfi məlumat verib.

“Bu, çox vacibdir, biz bu siqnalı çox aydın şəkildə vermişik: Orada vəziyyəti gərginləşdirəcək istənilən qüvvə vasitəçilik rolunu və bu məsələnin həllini daha da çətinləşdirəcək”, - o, Doha Forumunda çıxışı zamanı deyib.

“Bununla mən demək istəyirəm ki, digər regional və ya beynəlxalq qüvvələr vəziyyəti gərginləşdirməməli və ya gərginliyi artırmamalı, əksinə, gərginliyin azaldılmasına yardım etməlidir”, - Əl-Xuleyfi əlavə etdi.

NƏRGİZ