"Rusiya NATO-ya müharibə elan edə bilər" - Blinken

 13:13 11.12.2023     250

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın NATO ölkəsinə hücum edə və Vaşinqtonu daha geniş münaqişəyə sürükləyə biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində danışıb.

Dövlət katibi bildirib ki, Rusiya Ukraynada dayandırılmalıdır: "Ukrayna son bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib. Ukrayna 2022-ci ilin fevralından bəri ələ keçirilən ərazilərin 50%-dən çoxunu azad edib”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.