İtaliya, Almaniya və Fransa HƏMAS-a qarşı sanksiyalar təklifini dəstəkləyir
İtaliya, Almaniya və Fransa Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell-in “Həmas liderlərinə qarşı sanksiya rejimi” tətbiq etmək təklifini dəstəkləyir.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
Üç ölkənin xarici işlər nazirlərinin birgə məktubunda deyildiyi kimi, belə bir tədbir İsraillə həmrəyliyi ifadə etmək məqsədi daşıyır və hərəkatın terror fəaliyyətinin qarşısını almağa yönəlib.
ANSA-nın məlumatına görə, hələ noyabr ayında Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında İtaliya, Fransa və Almaniya belə bir tədbir təklif etmişdilər. İtaliya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin məktubunda deyilir: “Aİ-nin 7 oktyabrda baş vermiş hücumlar kimi hücumların təkrarlanmasının qarşısını almaq üçün konkret addımlarla HƏMAS terror qruplaşması və onun tərəfdarlarına qarşı bütün lazımi tədbirləri görməsi vacibdir”.
Onlar sanksiya rejimini 7 oktyabr terror hücumlarından sonra Aİ-nin HƏMAS-a qarşı mübarizəyə sadiqliyini və İsraillə həmrəyliyini nümayiş etdirən güclü siyasi mesaj adlandırırlar.
NƏRGİZ