Borrell Ermənistana dəstəyini nümayiş etdirdi
Bütün Şərq Tərəfdaşlığı çərçivəsində çətin vəziyyət yaranıb: Belarus, Ukrayna, həmçinin Cənubi Qafqazda. Eyni zamanda, Gürcüstan Aİ-na üzvlük yolu ilə irəliləyir.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
"Şərq Tərəfdaşlığı ölkələrindəki vəziyyətə diqqəti davam etdirmək vacibdir... Ermənistandakı vəziyyət bizim güclü dəstəyimizi tələb edir. Gəlin görək, onu necə gücləndirə bilərik", - Borrel bildirib.
NƏRGİZ