İsrail hava qüvvələrinin Dəməşqə hücumu zamanı 6 Hizbullah döyüşçüsü həlak olub
Suriya ordu tərəfində vuruşan şiə Hizbullah silahlı dəstələri İsrailin Dəməşqin ətrafına raket hücumu nəticəsində itki verib.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
Dubaydan yayımlanan “Al Hadath” telekanalının verdiyi məlumata görə, zərbələr paytaxtın Seyidə Zeynəb və Akraba ətrafı, həmçinin Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığındakı ərazilərə endirilib. Nəticədə 6 şiə döyüşçü həlak olub, daha 5-i yaralanıb. Üç Suriya vətəndaşı da yaralanıb.
Telekanalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri 6 raket ataraq hərbi baza, radar, kazarma binası və iki fermanı vurub.
Bundan əvvəl Ərəb Respublikası Silahlı Qüvvələri komandanlığının nümayəndəsi SANA agentliyinə bildirib ki, təcavüzkar hücum işğal altındakı Colan təpələrindən həyata keçirilib. Onun sözlərinə görə, Suriyanın hava hücumundan müdafiə sistemləri hava hədəflərinə atəş açıb, düşmənin bir neçə raketini vurub.
NƏRGİZ