Məkkədə küçə və prospektləri su basdı
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yağan güclü yağış küçə və prospektləri su altınd qoyub.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə müsəlman əlverişsiz hava şəraitinə baxmayaraq, Kəbənin yerləşdiyi Məscidül-Həramda namazını davam etdirib.
Küçə və prospektləri su basdığı şəhərdə nəqliyyatın hərəkəti dayanıb.
Məkkənin Fövqəladə İdarəetmə Mərkəzi yerli əhalini və turistləri diqqətli olmağa, sel basan ərazilərə getməməyə çağırıb.
Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi yağış səbəbiylə riskli bölgələrdə sarı həyəcan rejiminə keçib.
Meteoroloqların məlumatına görə, yağış və tufanların çərşənbə gününə qədər təsirli olacağı gözlənilir.(BAKU.WS)