Conson yenidən Britaniyanın Baş naziri seçilə bilər
Boris Conson Mühafizəkarlar Partiyasından olan bir qrup deputatın planı sayəsində yenidən Böyük Britaniyanın baş naziri seçilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri yazıb.
Nəşrin bildirdiyinə görə, hazırkı baş nazir Rişi Sunakın əleyhdarları onun Suella Bravermanın Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması ilə əlaqədar mövqeyini sabitsizləşdirməyə çalışırlar.
Böyük Britaniyanın xarici işlər nazirinin müavini Robert Cenrikin istefaya getməsi də Britaniya hökumətində fikir ayrılığına səbəb olub.
Boris Conson 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri olub.