Putin iki nüvə sualtı qayığında bayraqları qaldırmağı əmr etdi
Rusiya prezidenti Vladimir Putin “Krasnoyarsk” və “İmperator III Aleksandr” atom sualtı qayıqlarında bayraqların qaldırılmasına icazə verib.
Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.
Qeyd edək ki, "Krasnoyarsk" nüvə sualtı qayığı 2014-cü ildə yaradılıb, dördüncü nəsil nüvə sualtı qayıqlarına aiddir. "Krasnoyarsk" "Yasen-M" layihəsinin ikinci sualtı qayığıdır.
“İmperator III Aleksandr” atom sualtı qayığı "Borey-A" layihəsinə aiddir. Sualtı qayığın təməli 2015-ci ildə qoyulub, Putin sonradan onun adının əvvəlki Rusiya imperatorunun şərəfinə verilməsini təklif edib.
NƏRGİZ