ABŞ Ukraynaya yeni hərbi yardım AYIRACAQ
ABŞ hakimiyyəti bu ayın sonuna qədər Ukraynaya yeni hərbi yardım ayıracaq.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə deyib.
"Prezidentdən çox da qabağa getmək istəmirəm, amma bildiyiniz kimi, ilin sonuna hərbi yardımın təqdim olunacağına çoxlu həftələr qalmayıb. Ona görə də bizdən əlavə yardım elan etməyimizi gözləyirəm", o bildirib.
Yusif EYVAZLI