Türkiyə idmanında şiddətin olmasına icazə verməyəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayayib Ərdoğan ölkə çempionatında "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra hakimin döyülməsi ilə bağlı məsələyə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı "X" hesabında paylaşım edib.
"Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu qınayır, ona tezliklə şəfa diləyirəm. İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətin olmasına heç vaxt icazə verməyəcəyik", - deyə Türkiyə lideri bidiriib.