"HƏMAS tamamilə məhv edilənə qədər İsraili silahla təmin edəcəyik" - Bayden
"Yəhudi dövləti Fələstinin radikal HƏMAS hərəkatından tamamilə xilas olana qədər ABŞ İsrailə silah tədarükünü davam etdirəcək".
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib.
Prezident vurğulayıb ki, ölkə Qəzza zolağına da humanitar yardım göndərməkdə davam edəcək:
"Biz fələstinli mülki şəxslərə humanitar yardım göstərilməsi üçün qlobal təşəbbüsə rəhbərlik etməyə davam edəcəyik. İsrailli dostlarımızın diqqətini mülki şəxslərin müdafiəsi zərurətinə yönəldirik".
Həmidə İBRAHİMLİ