Bayden atasının HƏMAS hücumu zamanı etdiklərindən danışıb
ABŞ Prezidenti Co Bayden atasının Fələstin radikal HƏMAS hərəkatının 7 oktyabrda İsrailə hücumundan sağ çıxdığını deyib.
Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, o, bu barədə Ağ Evin "YouTube" kanalında yayımlanan Hanuka bayramı münasibətilə keçirilən qəbul zamanı bildirib.
"Atam evindən qalanları xilas etmək üçün öz kibbutzuna (İsraildə sosial prinsiplər əsasında qurulmuş kənd təsərrüfatı icması) qayıtdı".
Əslində, o, oğlunu hücumda itirən və səhvən onu atası adlandıran bir adamın hekayəsini danışırdı.
Qeyd edək ki, ABŞ prezidentinin atası 2002-ci ildə vəfat edib.
Eyni çıxışı zamanı Bayden yəhudi dövləti HƏMAS-ı tamamilə məhv edənə qədər ABŞ-ın İsrailə hərbi yardımını davam etdirəcəyini vəd edib.
NƏRGİZ