Beş məktəbli qaynar su quyusuna DÜŞDÜ
Rusiyanın İvanovo vilayətinin Yuja şəhərində məktəbə gedən beş uşaq qaynar su çuxuruna düşüb. Yanıq xəsarətləri alan uşaqlar xəstəxanaya yerləşdirilib.
Redaktor.az "vesti.ru"ya istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğundan bildirilib.
Qəza dekabrın 12-də saat 08:15 radələrində Puşkin küçəsində baş verib. İstilik magistralının aşınması səbəbindən səkidə dəlik yaranıb və uşaqlar orada yıxılıb. Onlar bir-birini xilas etməyə çalışarkən ciddi yanıq xəsarətləri alıblar.
Yerli medianın məlumatına görə, xəsarət alan oğlanlardan birinin bədəninin 25%-i yanıb.
İstintaq Komitəsinin rayon istintaq idarəsi istehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb.
Prokurorluq araşdırmaya başlayıb.
NƏRGİZ